Həllər

Biznes-problemlərin IT-həlləri. Biznesiniz üçün inteqrasiya prosesləri, vaxt sərfiyyatı və digər ehtiyatların təhlili və optimallaşdırılması.

Avtomatlaşdırma

“İnsan faktorunu” biznesinizdən istisna edin. Məlumatların, maliyyənin, malların etibarlı və sadə avtomatlaşdırılmış sxemləri.

Fibro-optik şəbəkələr, “bulud” texnologiyaları

Məlumatların sürətli, qorunan ötürülməsi, informasiyanın təhlükəsiz saxlanması. Bütün dünya üzrə filiallararası rabitəni bərpa edin.

Startap-ekspertiza

Yeni başlayan IT-biznesə dəstək: layihənin həyat qabiliyyətliliyinin və gəlirliliyinin müstəqil qiymətləndirilməsi, aparat və proqram yardımı, investisiyalar.

“CASPEL” – biznesin avtomatlaşdırılması üçün kompleks həllər və yeni imkanlar

İri bisnesin aparılması çox böyük maliyyə, insan və texnoloji resursların mövcudluğunu tələb edir. “Caspel” şirkəti kompleks həllər vasitəsilə xərclərin azaldılmasının, məhsuldarlığın artırılmasının, təhlükəsizliyin təmin edilməsinin, biznes-proseslərin avtomatlaşdırılmasının – yəni, insan amilinə aid ola bilən bütün problemlərdən tam şəkildə azad olunmanın yolunu bilir.

Biz 2005-ci ildən Azərbaycanın IT və telekommunikasiya bazarında fəaliyyət göstəririk. Bütün bu müddət ərzində “Caspel” daima yeni texnologiyalar tətbiq etmiş, imkanlarını genişləndirmişdir. Biz məlumatların ötürülməsi, proqram təminatlarının hazırlanması, avadanlığın gətirilməsi və ona servis xidmətlərinin göstərilməsi üzrə həllər təqdim edirik. Biz hər hansı mürəkkəblik dərəcəsi olan layihələr üzərində işləyirik. Bu layihələr, cloud-servislərdə məlumatların saxlanmasından başlamış, şirkətlərin filialları arasında beynəlxalq fibro-optik rabitə kanallarının çəkilməsinə qədər olan geniş bir çərçivəni əhatə edir.

Hər bir biznesi hər zaman mənfəətli etmək mümkündür... Sadəcə, bunun üçün “Caspel”in professionallarına müraciət etmək lazımdır!

Müəssisənin İdarəedilməsi Sistemi (ERP)

ERP sisteminin tətbiqi ilə aşağıdakı üstünlükləri əldə etmək olar:

  • müəssisənin fəaliyyət effektivliyini dəfələrlə sürətləndirmək və yüksəltmək;
  • filialların və şöbələrin məhsuldarlığını izləmək;
  • satış dinamikasının statistikasını aparmaq və onu təhlil etmək;
  • idarələr üzrə sifarişlərin aparılması və rəsmiləşdirilməsi zamanı səhv və qeyri-dəqiqliklərdən uzaq olmaq;
  • real vaxtda müəssisənin gəlirlərini və xərclərini nəzarətdə saxlamaq.

ERP sisteminin köməyi ilə müəssisənin rəhbərliyi çox rahat şəkildə fəaliyyət planlarını və qrafiklərini formalaşdlra bilər. Sistemdə həmçinin müəssisənin sənəd dövriyyəsi, müqavilələrin bağlanması və yerinə yetirilməsi, onun aktivləri də izlənir. Burada müəssisədə aparılan maliyyə hesabatları da məsul işçilərin daimi nəzarətində olur. Hər hansı bir əməkdaş və ya şöbə tərəfindən səhvlər və ya işə qeyri-səmimi yanaşma müşayiət olunduğu halda isə bu rahat bir şəkildə ifşa edilir. Sistemdə irimiqyaslı layihələri mərhələlərə bölmək, zəruri resurs bazasını və yerinə yetirilmə müddətini planlaşdırmaq mümkündür.

ERP sistemləri ilk növbədə müxtəlif profilli, bir neçə filiala və geniş coğrafiyaya malik olan iri şirkətlər üçün çox xeyirlidir. Belə müəssisələr üçün "Caspel" özünün hazırladığı xüsusi həll təklif edir. Bu həll modul struktura malikdir, yəni ehtiyac yarandıqda qoşulan bir neçə komponentdən ibarətdir.

Cloud Solutions

“Bulud” həlləri orta və iri biznesin effektiv fəaliyyəti və inkişafı üçün bir alətdir.

Biznes proseslərin avtomatlaşdırılması

Biznesin aparılmasının müasir təcrübəsi insan amili səbəbindən buraxılan səhvləri istisna edir.

IT-StartUp ekspertiza

IT-sahəsində professional bilgiləri olmayan gənc biznesmenlərin dəstəklənməsi

Restoran

Biz restoran və kafenin təşkili üzrə bir sıra həllər təklif edirik

HR

HR-sistemlər kadrlar şöbəsinin işinin tam avtomatlaşdırılmasını təmin edir

Sənəd dövriyyəsi

Rəhbər işçilərin gündəlik məhsuldar işi üçün çevik alət

Anbar

Anbarda materialların hərəkətinin tam avtomatlaşdırılması

Maliyyə

Pul vəsaitlərinin idarəedilməsi proseslərinin avtomatlaşdırılması

Caspel IP TV

yüksəkkeyfiyyətli teletranslyasiya
balanslaşdırılmış səs-video ötürməsi
kanalların mövzu müxtəlifliyi (elmi, xəbər, idman, tədris)
standart kanal paketlərinin yaradılması və qoşulması imkanı
əlavə kanalların qoşulması
24/7 rejimində fasiləsiz fəaliyyət

CallCenter

Call Center - potensial və artıq mövcud olan müştərilərin informasiya dəstəyi və müşayiətinin çevik aləti hesab edilir. Müasir CallCenter sistemləri telefon zənglərindən başqa saytlardan, e-mail-lərdən və digər texniki vasitələrdən daxil olan məlumatları da qəbul etməyə imkan verir.

Fəlakətədavamlı rezerv mərkəzləri

Statistikaya görə öz rəqəmsal mərkəzlərini fəlakət səbəbindən 10 və daha çox gün ərzində itirən şirkətlərin 93%-i il ərzində ifiasa uğramışlar. İri şirkətlər isə hətta ən kiçik məlumat itkisindən zərər çəkə bilərlər. Hətta elə IT-sistemləri də var ki, onların boşdayanması şirkətə bir-neçə saat ərzində böyük zərər vura bilər.

IP-telefoniya

Ofis IP-telefoniyası korporativdaxili istifadə üçün nəzərdə tutulmuşdur. IP-telefoniya, IP-protokol əsasında işləyən telefon stasiyasından ibarətdir. Bu sistemin köməyi ilə keyfiyyətli və çox baha başa gəlməyən daxili telefon şəbəkəsini yaratmaq mümkündür. Sistemdə hər şey SİP-telefonlar əsasında işləyir ki, bu da funksionallığı əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir.

İş yerlərinin virtuallaşması

Köhnə iş yerinin əvəzinə yeni şöbənin yaradılması və yaxud onu sadəcə başqa bir kabinetə köçürülməsi üçün bəzən günlər lazım gəlir. Bundan da başqa bir çox hallarda elə də olur ki, bir şöbədə iş yeri boş dayanır, amma digərində yeni bir iş yeri yaratmaq lazım gəlir. Bu o halda baş verir ki, iş yerlərinin virtuallaşmasından (İYV) istifadə olunmur. Onda işçilər hətta şəxsi qurğularındakı korporativ məlumatlara əlçatarlıq verən "BringYourOwnDevice" sistemindən də istifadə edə bilərlər.

yuxarı