Ahead of Time

  • info@caspel.uz
  • City of Tashkent, Yashnobod District, Cholpon Neighborhood (Choʻlpon MFY), KXAY Street, 36
18.03.2025
İş elanları

İnsan Resursları üzrə Aparıcı Mütəxəssis

İnsan Resursları üzrə aparıcı mütəxəssis

Vəzifəyə aid qoyulan tələblər:
• Təhsil: Ali təhsil;
• Təcrübə: 3 illik iş təcrübəsi;
• Yaş: 25 – 30;(bəy namizəd)
• Dil bilikləri: Rus dili mütləqdir
• ERP və Microsoft Office (Excel yaxşı səviyyədə) proqramlarını bilməli

Vəzifə öhdəlikləri:
• İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir
• Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
• Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
• İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
• İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
• İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
• İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
• Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
• Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;
• İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və müdirə hesabat verir;

Şəxsi keyfiyyətlər:
• Nitqi aydın və səlis olmalı;
• Fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı;
• Məsuliyyətli və səbrli olmalı;

Əlavə məlumatlar:
• Korporativ nömrə və danışıq balansı;
• Könüllü tibbi sığorta;
• AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
• Əmək haqqı: İşçinin bilik və bacarığına əsasən təyin olunacaq;
• İş qrafiki: 5 günlük iş qrafiki.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İR üzrə aparıcı mütəxəssis” sözünü qeyd edərək hr@caspel.com e-ünvanına göndərsinlər.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

ƏLAQƏ