Dayanıqlı Gələcək üçün Texnoloji Töhfə!
Fəxr edirik ki, Caspel MMC olaraq, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasında (COP29) iştirak etdik. Bu möhtəşəm beynəlxalq tədbirin İKT infrastrukturu üzrə əsas həll tərəfdaşlarından biri olmaq bizim üçün böyük şərəf idi.
COP29 zamanı iqlim dəyişikliyi ilə mübarizə istiqamətində mühüm qlobal qərarlar qəbul edildi. Belə bir tədbirin texnoloji tərəfdaşı olaraq, bizim üçün həm texnologiyanın gücünü nümayiş etdirmək, həm də qlobal dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək xüsusi əhəmiyyət kəsb edir.
Caspel MMC olaraq, texnologiyanın gücünə inanırıq. Gələcəyimiz üçün davamlı həllərin bir parçası olmaq və beynəlxalq səviyyədə əməkdaşlıq etməkdən qürur duyuruq.
Bu təşəkkürnamə, gördüyümüz işlərin tanınmasının bir göstəricisi olmaqla yanaşı, bizi daha böyük nailiyyətlərə həvəsləndirir.
Birlikdə daha yaxşı bir dünya üçün çalışmağa davam edirik!
İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ