Ahead of Time

  • info@caspel.uz
  • City of Tashkent, Yashnobod District, Cholpon Neighborhood (Choʻlpon MFY), KXAY Street, 36
11.04.2025
Xəbərlər

Caspel, MUK və Oracle ilə birgə: AI və Təhlükəsizlik Həllərinə dair Biznes Səhər Yeməyi

10 Aprel 2025 tarixdə Caspel MMC, distribyutor "MUK" ilə birlikdə “Oracle” vendor nümayəndələrinin təqdimatı ilə Yeni Oracle versiyasında suni intellektin funksionallığı mövzusunda “Şirvanşahlar Muzeyi” restoranında biznes səhər yeməyi ətrafında tədbir baş tutmuşdur.

Tədbirdə iştirakçılara Oracle-ın yeni versiyasında süni intellekt funksionallığı və müxtəlif təhlükəsizlik həlləri təqdim olundu. MUK mütəxəssisləri texniki yenilikləri iştirakçılarla bölüşərək, real istifadəsi və biznesə təsiri barədə ətraflı məlumat verdilər.

Diskussiya zamanı AI texnologiyalarının təhlükəsizlik sahəsində tətbiqi, Oracle ekosistemindəki yeni imkanlar və regional bazarda bu həllərin aktuallığı geniş şəkildə müzakirə olundu.

Tədbirin sonunda iştirakçılar təqdimatçılarla birlikdə qeyri-rəsmi və dostluq mühitində fikir mübadiləsini davam etdirdilər.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

ƏLAQƏ