Ahead of Time

  • info@caspel.uz
  • City of Tashkent, Yashnobod District, Cholpon Neighborhood (Choʻlpon MFY), KXAY Street, 36
12.02.2025
Xəbərlər

CASPEL və Netsystems şirkətləri NetApp həllərinə həsr olunmuş tədbir keçirdi.

CASPEL və Netsystems şirkətləri NetApp həllərinə həsr olunmuş tədbir keçirdi.

7 fevral tarixində JW Absheron Marriott otelində CASPEL MMC-nin Netsystems şirkəti ilə birgə təşkil etdiyi NetApp həllərinə həsr olunmuş konfransı baş tutdu. Tədbir dövlət və özəl sektordan olan iri müəssisələr üçün kritik məlumatların saxlanması və təhlükəsizliyinin təmin edilməsi mövzusunda vacib həlləri müzakirə etmək məqsədilə təşkil olunmuşdu.

Konfransda CASPEL-in İdarə Heyətinin sədri Ceyhun Quliyev açılış nitqi ilə çıxış edərək Netsystems ilə gələcək əməkdaşlıq perspektivlərini vurğuladı. Netsystems şirkətinin satış departamentinin rəhbəri Georgi Kokilaşvili isə iştirakçılara NetApp həllərinin üstünlükləri və şirkətin məhsul portfeli barədə məlumat verdi.

Tədbirdə NetApp-ın saxlama sistemləri üzrə lider mövqeyi, süni intellektlə təchiz olunmuş təhlükəsizlik həlləri, ONTAP əməliyyat sistemi və müasir məlumat saxlama texnologiyaları haqqında ətraflı təqdimatlar keçirildi. Eyni zamanda, NetApp Autonomous Ransomware Protection həlli kimi kibertəhlükəsizlik sahəsində innovativ texnologiyalar iştirakçılara təqdim olundu.

Tədbir qonaqların CASPEL və Netsystems nümayəndələri ilə səmimi mühitdə ünsiyyəti ilə yekunlaşdı.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

ƏLAQƏ