Kiçik Mühasib
Vəzifəyə aid qoyulan tələblər
• Təhsil: Ali;
• Yaş: 25-35;
• MS Office proqramlarını yaxşı bilməli;
• ERP bilikləri olanlara üstünlük verilir;
• Azərbaycan və ingilis dilləri yaxşı, rus dili üstünlük;
Öhdəliklər:
• Mühasibat uçotu üzrə ilkin sənədlərin təşkili;
• Online kargüzarlıq ilə dövlət orqanları ilə qarşılıqlı yazışmanın təmin olunması və vaxtında cavablanması;
• Kreditor,debitor borclarına nəzarət edilməsi,vaxtında ödənişlərin tələb edilib maliyyə sanksiyasının qarşısının alınması və qarşılıqlı üzləşmə aparılması, üzləşmə aktının tərtib olunması;
• Ödəniş tapşırıqlarının hazırlanması;
Ödənişlərin olunması, internet bankla işləmə bacarığı;
• Elektron qaimələrin kəsilməsi, sənədlərin uçotunun aparılması (hesab-faktura,təhvil-qəbul aktı, qiymət razlışma protokolu və.s);
• Düzgün inventarizasiyanın aparılması və anbar qalıqlarına nəzarət olunması;
• E-portal proqramı ilə işləmə bacarığının olması;
• e-taxes.gov.azvə digər portallardan istifadə edilməsi;
• Vergi və əmək qanunvericilikləri üzrə məlumatlı olmalı;
• Rəhbərlik tərəfindən tətbiq olunan digər hesabatların dəqiq və vaxtında hazırlanması.
Şəxsi keyfiyyətlər:
• Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
• Məsuliyyətli və təşəbbüskar olmalı;
• Diqqətli və punktual olmalı;
• Stresə davamlılıq və analitik fikirləşmə qabiliyyəti.
• Kollektivlə işləyə bilməli;
• Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
• Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
• Tapşırıqları operativ icra etmə qabiliyyəti;
• Loyallıq və punktuallıq;
Əlavə məlumatlar:
• Əmək haqqı: Razılaşma yolu ilə;
• İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
• Korporativ nömrə və danışıq balansı
• “ACCA” imtahanlarına girişin ödəniş haqqının şirkət tərəfindən qarşılanması;
• AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Kiçik mühasib” sözünü qeyd edərək hr@caspel.com e-ünvanına göndərsinlər.
İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ