Ahead of Time

  • info@caspel.uz
  • City of Tashkent, Yashnobod District, Cholpon Neighborhood (Choʻlpon MFY), KXAY Street, 36
28.04.2025
İş elanları

Layihə üzrə mütəxəssis

İT biliklərinə malik layihə mütəxəssisi axtarılır!

Vəzifəyə aid qoyulan tələblər
• Ali texniki təhsil;
• Minimum 2 il iş təcrübəsi;
• Yaş həddi: 25-35;
• MS Office proqramlarını mükəmməl bilmə bacarığı;
• Rus və İngilis dillərində sərbəst ünsiyyət bacarığı.

Tələblər:
• Şəbəkə avadanlıqları və lokal şəbəkə sistemləri üzrə biliklər;
• İnternet və kompüter texnologiyaları üzrə biliklər;
• İT sahəsində texniki biliklərə malik namizədlərə üstünlük verilir;
• Sistemlərdə istifadə olunan marka və modellər barədə məlumatlı olmaq;
• Avadanlıqları müqayisə etmək və qiymətləndirmək bacarığı.

Öhdəliklər:
• Müxtəlif təqdimatların keçirilməsi;
• Gələn sorğuların operativ analizi və yaranmış sualların düzgün formalaşdırılması;
• Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq və görüşlərin təşkili;
• Seçim və büdcəyə uyğun avadanlıqların axtarılması və seçilməsi;
• Sistem üzrə istifadə olunacaq avadanlıqların siyahısının hazırlanması;
• İş nəticələrinə dair hesabatların və analitik materialların hazırlanması.

Şəxsi keyfiyyətlər:
• Düzgün şifahi nitq və ünsiyyət bacarığı;
• İşgüzar etiket qaydalarına bələdlik;
• Məsuliyyətli və təşəbbüskar olmaq;
• Diqqətli və punktual olmaq;
• Stresə davamlılıq və analitik düşünmə qabiliyyəti;
• Kollektivdə işləmək bacarığı;
• Müstəqil və qətiyyətli qərar qəbul etmək bacarığı;
• Nəzakətli, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
• Tapşırıqları operativ icra etmək bacarığı;
• Loyallıq və punktuallıq.

Əlavə məlumatlar:
• Əmək haqqı: Razılaşma yolu ilə;
• İş qrafiki: 5 günlük, 09:00 – 18:00;
• Korporativ nömrə və danışıq balansı təqdim olunur;
• Rəsmi əmək müqaviləsi (AR Əmək Məcəlləsinə əsasən).

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Layihə üzrə mütəxəssis” sözünü qeyd edərək
hr@caspel.come-ünvanına göndərsinlər.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

ƏLAQƏ