Ahead of Time

30.05.2025
İş elanları

Texniki icraçı (İT servis şöbəsi)

İT Servis şöbəsinin texniki icraçısı (Gəncə şəhəri üzrə)

Vəzifəyə aid qoyulan tələblər:
• Təhsil: Texniki-orta-ixtisas təhsili;
• Təcrübə: 2 illik iş təcrübəsi;
• Yaş: 25-35 ;
•  Komputerlə işləmə bacarığı                                                                                 

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏR:
• Özünün birbaşa rəhbərinin xüsusi xidməti tapşırıqlarını yerinə yetirmək;
• Yerlərdə şəbəkə avadanlıqlarını sazlamaq, avadanlıqları işlək vəziyyətinə gətirmək, müştəriyə təhvil vermək və avadanlığı şəbəkədən çıxarmaq;
• Texniki biliklərinin artırılması üçün daim öz üzərində işləmək;
• Nizam-intizama riayət etmək;
• İstismar zamanı meydana gələn problemlərin tez bir zamanda aradan qaldırılmasına nail olmaq;
• İstismar zamanı texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmək;
• Tabe olduğu qurumun konfedensiallıqını qorumaq;


Şəxsi keyfiyyətlər:
- Diqqətli və punktual olmalı;
- Kollektivlə işləyə bilməli;
-  Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
-  Tapşırıqları operativ icra etmə qabiliyyətinin olması;                                                                                                     

Əlavə məlumatlar:
• Əmək haqqı: Razılaşma yolu ilə;
• İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00                                                                                                

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İT Servis şöbəsinin texniki icraçısı” sözünü qeyd edərək və hansı rayon üzrə müraciət edilirsə həmin rayonu qeyd edərək hr@caspel.com e-ünvanına göndərsinlər.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

ƏLAQƏ