Gələcək burada!

23.06.2023
İş elanları

Layihələrin idarəedilməsi üzrə mütəxəssis

Caspel şirkətinə "Layihələrin idarəedilməsi üzrə mütəxəssis" tələb olunur.

Vəzifəyə aid qoyulan tələblər:

• Təhsil: Texniki-Ali təhsil;
• Təcrübə: 2 illik iş təcrübəsi;
• Yaş: 25-35 ; ​​​​​​​​​​​         
• MS Office proqramlarını mükəmməl bilməli;                                                
• Azərbaycan və rus dilləri səlis, ingilis dili yaxşı;
                                       
Tələblər:

- Şəbəkə avadanlıqları və lokal şəbəkə sistemləri üzrə biliklərin olması;
- İnternet və kompüter texnologiyaları üzrə biliklərin olması;
- Şirkətin təqdim etdiyi məhsul və xidmətlərin və fəaliyyət sahələri üzrə ümumi biliklər (texniki biliyi olan namizədələrə üstünlük verilir);
- Sistemlərdə tətbiq ediləcək marka/modellər haqqında biliklərin olması;
- Avadanlıqları müqayisə etmək bacarığı;
- Təqdimatlar və digər reklam xarakterli məhsulların hazırlanmasında istifadə olunan proqram təminatı sahəsində baza bilikləri;

Öhdəliklər:

- Müxtəlif təqdimatların keçirilməsi;
- Gələn sorğuların operativ analizi və yaranmış sualların düzgün formalaşdırılması;
- Müştərilərlə yüksək ünsiyyət qurma və görüşlərin keçirilmə bacarığının olması; 
- Seçimlərə və məbləğə müvafiq olaraq avadanlıqların axtarılması;
- Sistem üzrə istifadə ediləcək avadanlıqlara məxsus siyahının tərtibi;
- Məhsul və xidmətlərin vaxtında və keyfiyyətlə təqdim edilməsi üçün şirkətin digər struktur bölmələri ilə işin ələqələndirilməsi;
- Müvafiq işin nəticələrini əks etdirən hesabat və digər analitik materialların hazır edilməsi;

Şəxsi keyfiyyətlər:

- Düzgün şifahi nitq qabiliyyəti və ünsiyyət qurma bacarığı;                                       
- İşgüzar etiket haqqında məlumatlı olması;                                                                   
- Məsuliyyətli və təşəbbüskar olmalı;
- Diqqətli və punktual olmalı;                                                                 
- Stresə davamlılıq və analitik fikirləşmə qabiliyyəti.​​​​​​                          
- Kollektivlə işləyə bilməli;
- Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
- Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;                                 
- Tapşırıqları operativ icra etmə qabiliyyəti;                                            

Əlavə məlumatlar:

• Əmək haqqı: Razılaşma yolu ilə;
• İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00;                                                 
• Korporativ nömrə və danışıq balansı;                                                
• AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Layihə üzrə mütəxəssis” sözünü qeyd edərək hr@caspel.com e-ünvanına göndərsinlər.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

ƏLAQƏ