Gələcək burada!

30.11.2023
İş elanları

Satış üzrə baş mütəxəssis tələb olunur

Vəzifəyə aid qoyulan tələblər:

• Təhsil: Ali;
• Təcrübə: 5 illik iş təcrübəsi;
• Yaş: 30+ ;                  
• MS Office proqramlarını mükəmməl bilməli və PowerPoint proqramı vasitəsilə təqdimat hazırlamaq bacarığının olması;
 • ERP bilikləri olana üstünlük verilir;
 • Azərbaycan və rus dilləri səlis, ingilis dili yaxşı; 
 • Korporativ satış sahəsində iş təcrübəsi üstünlükdür.

Tələblər:

Şirkətin təqdim etdiyi məhsul və xidmətlərin və fəaliyyət sahələri üzrə ümumi biliklər (texniki biliyi olan namizədələrə üstünlük verilir);
Fikirləri dəqiq izah etmək, müştərini diqqətlə dinləmək və qarşı tərəfin personal tələbatlarını müəyyən etmək bacarığı;
Təqdimatlar və digər reklam xarakterli məhsulların hazırlanmasında istifadə olunan proqram təminatı sahəsində biliklərin olması;
Hədəfə fokuslanmaq;Müştərinin istəyinə əsasən təkliflərin operativ formalaşdırılması;

Öhdəliklər:

Potensial müştərilərin axtarılması;
Satış yönümlü danışıqların aparılması;
Müxtəlif təqdimatların keçirilməsi;
Məhsul və xidmətlərin vaxtında və keyfiyyətlə təqdim edilməsi üçün şirkətin digər struktur bölmələri ilə işin ələqələndirilməsi;
Satış planının hazırlnaması və aparılması;
Satış və digər statistik məlumatların uçotu;
Müvafiq işin nəticələrini əks etdirən hesabat vı digər analitik materialların hazırlanması;

Əlavə məlumatlar:

• Əmək haqqı: Razılaşma yolu ilə;
• İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
• Korporativ nömrə və danışıq balansı

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış üzrə Baş mütəxəssis” sözünü qeyd edərək hr@caspel.com e-ünvanına göndərsinlər.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

ƏLAQƏ