Gələcək burada!

01.05.2023
İş elanları

Tenderlərin idarə edilməsi üzrə mütəxəssis

Vəzifəyə aid qoyulan tələblər

• Təhsil: Ali;
• Yaş: 25-40;
• Satınalma və tender sahəsində 3 ildən artıq iş təcrübəsi;
• Tender təkliflərinin hazırlanma qaydalarını bilməli;
• MS Office proqramlarını mükəmməl bilməli;
• ERP bilikləri olana üstünlük verilir;
• Azərbaycan və rus dilləri səlis, ingilis dili yaxşı;

Tələblər:

• Gün ərzində Dövlət tender portalında dərc olunan müvafiq elanların izlənilməsi, emal olunması və müvafiq olaraq satış prosesinin həyata keçirilməsi;
• Dövlət qurumlarından daxil olan sorğuların aidiyyatı şöbələrlə koordinasiya edilməsi;
• Sorğular üzrə kommersiya təkliflərinin hazırlanması, sifarişçilərlə razılaşdırılması və lazım olduğu təqdirdə müvafiq dəyişikliklərin edilməsi;
• Yeni sifarişçilərlə görüşlərin və təqdimatların keçirilməsi;
• Tender sənədlərinin hazırlanması və ümumi tender prosesinin aparılması;
• Sifarişçilərlə yazışmaların aparılması;
• Müqavilə və ödəniş prosesinin koordinasiya edilməsi.

Şəxsi keyfiyyətlər:

- Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
- Məsuliyyətli və təşəbbüskar olmalı;
- Diqqətli və punktual olmalı;
- Stresə davamlılıq və analitik fikirləşmə qabiliyyəti.
- Kollektivlə işləyə bilməli;
- Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
- Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Tapşırıqları operativ icra etmə qabiliyyəti;
- Loyallıq və punktuallıq;

Əlavə məlumatlar:

• Əmək haqqı: Razılaşma yolu ilə;
• İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
• Korporativ nömrə və danışıq balansı
• AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Tenderlərin idarə edilməsi üzrə mütəxəssis” sözünü qeyd edərək 
hr@caspel.com e-ünvanına göndərsinlər.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

ƏLAQƏ