01.09.2026
Xəbərlər

CASPEL bayrağı Bazardüzü zirvəsində!

4,466 metr yüksəklikdə - Azərbaycanın ən yüksək zirvəsi olan Bazardüzü zirvəsində CASPEL bayrağı dalğalanır!

Bu, sadəcə bir bayraq deyil.


Bu, böyük hədəflərə inanmağın, sərhədləri aşmağın, çətinliklər qarşısında geri çəkilməməyin və zirvələri birlikdə fəth etməyin simvoludur.
Bazardüzüyə gedən bu möhtəşəm yol asan deyildi. Yüksəkliyə, sərt hava şəraitinə və fiziki çətinliklərə baxmayaraq, komandanın əzmi, qarşılıqlı dəstəyi və düzgün koordinasiyası sayəsində yürüş uğurla başa çatdı.

Bu nailiyyətin arxasında hər bir iştirakçının əməyi var. Bütün qrup iştirakçılarını ürəkdən təbrik edir, göstərdikləri əzmkarlığa, komanda ruhuna və bir-birinə verdikləri dəstəyə görə təşəkkür edirik!

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

Əlaqə