24.07.2026
Xəbərlər

Caspel “Cyber Summer School 2026”da

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA)nın təşkilatçılığı ilə keçirilən V “Cyber Summer School 2026” kiber düşərgəsinin həyata keçirilməsinə Caspel olaraq təşkilati dəstək göstərdik.

Düşərgə gənclərin kibertəhlükəsizlik üzrə nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirmələri, peşəkarlarla bilik mübadiləsi aparmaları və komanda bacarıqlarını inkişaf etdirmələri üçün dəyərli platforma oldu.

Tədbirin təşkilinə verdiyimiz dəstəyə görə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən təşəkkürnamə ilə təltif olunmağımızdan məmnunuq.

AKTA-ya və layihənin həyata keçirilməsində əməyi olan bütün tərəfdaşlara təşəkkürümüzü bildiririk.

Caspel olaraq Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin inkişafına, gənc mütəxəssislərin yetişdirilməsinə və bu istiqamətdə həyata keçirilən təşəbbüslərə dəstəyimizi davam etdirəcəyik.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

Əlaqə