17.02.2026
Xəbərlər

Caspel “Huawei Market Expansion Award 2025” mükafatına layiq görülüb.

13 Fevral 2026 tarixdə keçirilən Huawei Azerbaijan Partner Summit 2026 çərçivəsində Caspel LLC “Market Expansion Award 2025” mükafatına layiq görülüb.

Bu mükafat, regionda texnoloji həllərin genişləndirilməsi, yeni bazar imkanlarının yaradılması və tərəfdaşlıq ekosisteminin inkişafına verdiyimiz töhfələrin yüksək qiymətləndirilməsinin göstəricisidir.

Huawei ilə qurulan strateji əməkdaşlıq innovativ İT həllərin tətbiqi, rəqəmsal transformasiya layihələrinin həyata keçirilməsi və müştərilər üçün dayanıqlı texnoloji dəyərin formalaşdırılması istiqamətində uğurla davam edir.

Tərəfdaşlığımızın növbəti mərhələsində daha böyük hədəflərə birlikdə addımlamaqdan məmnunuq.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

Əlaqə