Caspel – Dell Partner of the Year 2025
Caspel MMC üçün qürurverici anı bölüşmək istərdik. "Dell Technologies" tərəfindən keçirilən ilin tərəfdaş mükafatlandırma mərasimində şirkətimiz wCIS regionu üzrə “Partner of the Year 2025” mükafatına layiq görülüb. Bu nailiyyət həm Caspel-in, həm də Azərbaycanın İKT sahəsində əldə etdiyi nüfuzun daha da möhkəmlənməsinin göstəricisidir.
Mükafat, mürəkkəb məlumat mərkəzləri və korporativ infrastruktur layihələrinin həyata keçirilməsi, qabaqcıl texnologiyaların tətbiqi və qlobal standartlara uyğun həllər təqdim olunması sahəsində ortaya qoyduğumuz ardıcıl inkişafın nəticəsidir. Caspel bu gün regionda dövlət qurumlarının və böyük korporativ müştərilərin etibar etdiyi strateji texnoloji tərəfdaş kimi seçilir və rəqəmsal transformasiya proseslərinin effektivliyinə real təsir göstərir.
Bu uğur bizim üçün yalnız peşəkar nəticə deyil, həm də ölkəmiz adına qazanılmış beynəlxalq etimadın simvoludur. wCIS regionunun ən yaxşı tərəfdaşı seçilmək, Azərbaycan texnoloji ekosisteminin gücünü beynəlxalq arenada nümayiş etdirmək üçün əlavə motivasiya yaradır.
Caspel olaraq innovasiyaya əsaslanan yanaşmamızı, yüksək keyfiyyət standartlarımızı və qabaqcıl texnologiyaların tətbiqini davam etdirərək ölkənin rəqəmsal gələcəyinə töhfə verməkdə qərarlıyıq.
İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ