Ahead of Time

  • info@caspel.uz
  • City of Tashkent, Yashnobod District, Cholpon Neighborhood (Choʻlpon MFY), KXAY Street, 36
28.12.2024
Xəbərlər

Caspel MMC ilin informasiya texnologiyaları şirkəti seçilib

Caspel MMC ilin informasiya texnologiyaları şirkəti seçilib

18 dekabr 2024-cü il tarixində “Gülüstan” sarayında keçirilən ilin ən böyük biznes tədbiri - 11-ci Beynəlxalq "Caspian Business Award 2024" mükafatlandırma mərasimində Caspel "İlin informasiya texnologiyaları şirkəti" nominasiyasının qalibi seçildi.

“Caspian Energy Club”un 25 illik yubileyinə təsadüf edən bu mötəbər tədbir Klub tərəfindən təşkil olunmuş və iş dünyasının aparıcı nümayəndələrini bir araya gətirmişdir. Tədbirin əsas məqsədi Azərbaycanın və beynəlxalq səviyyədə fəaliyyət göstərən şirkətlərin nailiyyətlərini tanıtmaq və iş dünyasında fərqlənənləri mükafatlandırmaqdan ibarət idi.

Caspel-in bu mükafata layiq görülməsi şirkətin informasiya texnologiyaları sahəsində dayanıqlı inkişafını, innovativ həllərini və müştəri məmnuniyyətini təmin etməkdə göstərdiyi yüksək səviyyəli xidmətlərini bir daha sübut edir. Caspel-in komandası uzun illərdir ki, bizneslərin rəqəmsal transformasiyasına dəstək olmaq üçün müasir texnologiyalar təqdim edir və müştərilərə fərdi yanaşma sərgiləyir.

“Caspian Business Award 2024” mükafatlandırma mərasimi Azərbaycanın dövlət qurumlarının, aparıcı özəl şirkətlərin rəhbərləri və xarici nümayəndələrin iştirakı ilə həyata keçirilib. "Caspian Energy Club" sədri Telman Əliyev tədbirin iş dünyası üçün strateji əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu mükafatlar xüsusi sorğular əsasında seçilir və etibarlı tərəfdaşlıq göstəricisi olaraq qalır.

Caspel-in bu nüfuzlu mükafata layiq görülməsi şirkətin peşəkarlığını və ölkənin İT sektoru üzrə liderlərdən biri olduğunu təsdiqləyir. Şirkət rəqəmsal transformasiya, bulud texnologiyaları və biznes həlləri sahəsində innovativ layihələr həyata keçirməkdə davam edir.

Caspel MMC olaraq, əldə etdiyimiz bu uğur bizi daha böyük hədəflərə doğru irəliləməyə təşviq edir. Müştərilərimiz və tərəfdaşlarımız üçün daha müasir və effektiv həllər təklif etməkdə qərarlıyıq.

Caspel komandasına bu uğurda dəstək olan hər kəsə təşəkkür edirik və gələcək layihələrimizdə də birgə uğurlar arzulayırıq.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

ƏLAQƏ