Ahead of Time

  • info@caspel.uz
  • City of Tashkent, Yashnobod District, Cholpon Neighborhood (Choʻlpon MFY), KXAY Street, 36
19.12.2024
Xəbərlər

Caspel – “İlin Ən Yaxşı Məlumat Mərkəzi Tərəfdaşı”!

Caspel – “İlin Ən Yaxşı Məlumat Mərkəzi Tərəfdaşı”!

Caspel MMC “Dell Technologies” tərəfindən 10 Dekabr 2024 tarixində təşkil olunan «FY24 Partner Awards Dinner» tədbiri çərçivəsində "Data Center Partner of the Year Azerbaijan" mükafatına layiq görülüb.

Qeyd edək ki, sözügedən mükafat Dell texnologiyalarını tətbiq etməklə, yüksək səriştə və bacarıq nümayiş etdirərək mürəkkəb və çoxşahəli məlumat mərkəzlərinin yaradılması sahəsinə uğurlu töhfə verən tərəfdaşlara təqdim edilir.

Ölkənin ilk İKT inteqratorlarından biri kimi Caspel, öz fəaliyyəti çərçivəsində məlumat mərkəzlərinin layihələndirilməsi, tikintisi və optimizasiyası sahəsində nüfuzlu nailiyyətləri, eləcə də qabaqcıl texnologiyaların tətbiqi və yüksək keyfiyyət standartları ilə müştərilərin qlobal miqyasda problemlərinin effektiv, davamlı və etibarlı şəkildə həll etməsi ilə seçilir. Şirkətimiz bu istiqamətdə irimiqyaslı layihələr həyata keçirdiyinə və hazırkı rəqəmsal transformasiya dövründə fərqli və çoxşahəli bizneslərə kömək etdiyinə görə xüsusi təşəkkürnaməyə layiq görülüb.

"Dell Technologies” tərəfindən işimizin bu cür yüksək qiymətləndirilməsindən qürur duyuruq. Bu mükafat, məlumat mərkəzlərinin inşası sahəsində liderliyimizi və innovasiyalara olan sadiqliyimizi bir daha təsdiq edir.

Tərəfdaşlarımıza göstərdikləri etimada görə minnətdarıq!

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

ƏLAQƏ