Gələcək burada!

10.03.2024
Xəbərlər

Növbəti "hiperkonvergent virtualizasiya mərkəzləşdirilmiş infrastrukturunun yaradılması" layihəsi uğurla tamamlandı

Caspel şirkəti Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətində "VxRail VMware" və "Dell EMC" əsasında hazırlanmış tam inteqrasiya olunmuş hiperkonvergent virtualizasiya mərkəzləşdirilmiş infrastrukturunun yaradılması layihəsini uğurla reallaşdırıb.   

Virtuallaşdırılmış məlumat mərkəzi mühitləri üçün optimallaşdırılmış platforma üzərindən  bütün aparat və proqram komponentlərini özündə birləşdirən bu həll sifarişçiyə server infrastrukturunun idarə edilməsi baxımdan bir çox üstünlüklər verir. 

Yüksək performans: VxRail güclü prosessor, yaddaş və şəbəkə komponentləri ilə təchiz edilib .

Yüksək əlçatanlıq: Məlumatların qorunması, ehtiyat nüsxəsi və məlumatların bərpası kimi funksiyalar işin davamlılığı üçün vacibdir və bütün bu funksiyalar VxRail-də mövcuddur.

Uyğun qiymət: VxRail müxtəlif aparat və proqram komponentlərinin bir həlldə birləşməsi sayəsində büdcə baxımdan olduqca əlçatandır.  Sistem müəssisələrə yalnız öz ehtiyacları əsasında resurslar əlavə etməyə imkan verməklə xərcləri azaldır.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

ƏLAQƏ