Gələcək burada!

03.04.2024
Xəbərlər

Dövlət satınalmaları təlim proqramında uğurlu iştirak

Caspel şirkətinin satış və təchizat komandası “TST Təlim və Məsləhət” MMC-nin təşkil etdiyi Yeni dövlət satınalmaları qanunvericiliyinə dair təlim proqramında fəal iştirak ediblər.

Təlimdə 01.01.2024-cü il tarixində qüvvəyə minən yeni dövlət satınalmaları qanunvericiliyi təhlil edilərək praktiki nümunələr izah edilib. Təlim zamanı satınalmanın planı və ehtimal olunan qiymət, tələbin və qiymətləndirmə meyarlarının formalaşdırılması, satınalma metodunun seçilməsi, şərtlər toplusu və ona dair izahat və təkliflər, müqavilənin icrası və dəyişikliklər edilməsi, eləcə də digər aktual mövzular ətrafında fikir mübadilələri aparılıb.

Təlim proqramının təşkil olunmasında əməyi keçək hər kəsə minnətdarıq.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

ƏLAQƏ