Satış üzrə mütəxəssis
Vəzifəyə aid qoyulan tələblər:
• Təhsil: Ali;
• Təcrübə: 3 illik iş təcrübəsi; Satış səviyyəli İKT biliklərin olması
• Yaş: 30+
• MS Office proqramlarını mükəmməl bilməli və PowerPoint proqramı vasitəsilə təqdimat hazırlamaq bacarığının olması;
• Azərbaycan və rus dilləri səlis, ingilis dili yaxşı;
• İKT sahəsində istehsalçılar tərəfindən verilən sertifikatlara üstünlük verilir.
Öhdəliklər:
• Şirkətin təqdim etdiyi məhsul və xidmətlərin və fəaliyyət sahələri üzrə ümumi biliklər;
• Fikirləri dəqiq izah etmək, müştərini diqqətlə dinləmək və qarşı tərəfin personal tələbatlarını müəyyən etmək;
• Təqdimatlar və digər reklam xarakterli məhsulların hazırlanmasında istifadə olunan proqram təminatı sahəsində baza biliklərə malik olmaq;
• Məhsul və xidmətlərin vaxtında və keyfiyyətlə təqdim edilməsi üçün şirkətin digər struktur bölmələri ilə işi ələqələndirmək;
• Potensial satış ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi;
• Sorğu və sifarişlərin dəqiq analiz olunması və digər əlaqəli struktur bölmələrə ötürülməsi;
• Əldə olunan texniki məlumatlar əsasında qiymət təklifinin vaxtında hazırlanması;
• Qiymət təklifinin müştəriyə göndərilməsindən sonra işin təqib edilməsi;
• Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
• Satış və digər statistik məlumatların uçotunu aparmaq;
• Fəaliyyəti ilə baxlı hesabatları hazırlamaq, müvafiq işin nəticələrini əks etdirən hesabat və digər analitik materialları hazırlamaq;
• Yeni müştəriləri cəlb etmək, müştəri bazasının genişləndirilməsi üçün çalışmaq;
• Məhsulları planlaşdırmaq;
• Müştərilərin alış və ödəmə qabiliyyətlərini təhlil etmək;
• Cəmiyyətin siyasətinə, korporativ geyim və daxili nizam-intizam qaydalarına riayət etmək;
Şəxsi keyfiyyətlər:
• Diqqətli;
• Məsuliyyətlilik və stressə davamlılıq;
• Məqsədyönlülük;
• Loyallıq və punktual olmalı;
• Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
•Tapşırıqları operativ icra etmə qabiliyyəti;
Əlavə məlumatlar:
• Əmək haqqı: Razılaşma yolu ilə;
• İş qrafiki: 5 günlük iş qrafiki, 09:00–18:00
• Korporativ nömrə və danışıq
• AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış üzrə mütəxəssis” sözünü qeyd edərək hr@caspel.com e-ünvanına göndərsinlər.
İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ