16.01.2026

Satış üzrə kiçik mütəxəssis

Tələblər:

  • Ali təhsil (İT, telekommunikasiya, biznesin idarə olunması, marketinq və ya iqtisadiyyat üzrə üstünlük verilir);
  • İT məhsul və xidmətləri barədə ilkin texniki anlayış: serverlər, şəbəkə avadanlıqları, proqram təminatı, bulud həlləri;
  • Ünsiyyət və təqdimat bacarıqları, müştərilərlə peşəkar münasibət qurmaq qabiliyyəti;
  • Kommersiya təkliflərinin hazırlanmasında və sənədlərlə işləməkdə əsas biliklər;
  • Öyrənməyə açıq olmaq, satış və İT sahəsində inkişaf etməyə motivasiya;
  • MS Office proqramları və CRM sistemləri ilə işləmək bacarığı;
  • Komandada işləmək, tapşırıqları vaxtında və məsuliyyətlə icra etmək qabiliyyəti;
  • Vaxtın düzgün idarə edilməsi və bir neçə tapşırıqla paralel işləmək bacarığı;
  • Rus dili – yaxşı səviyyədə; ingilis dili – texniki mətnləri oxumaq və yazışma üçün üstünlükdür.

Öhdəliklər: 

  • Satış prosesinin mərhələlərində iştirak: ilkin əlaqə, müştəri ehtiyaclarının müəyyən edilməsi, təqdimatların hazırlanması, kommersiya təkliflərinin tərtibi və müqavilə mərhələsinə dəstək;
  • Mövcud və potensial müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi, yeni müştərilərin cəlb edilməsində aktiv iştirak;
  • Satış görüşlərinin təşkili və keçirilməsində, eləcə də danışıqlar prosesində böyük mütəxəssislərə dəstək göstərilməsi;
  • İT həlləri, məhsulları və xidmətləri üzrə təqdimatların hazırlanması və müştərilərə əsas funksional üstünlüklərin izahı;
  • Müştəri tələblərinin toplanması və ilkin təhlili, uyğun həllərin formalaşdırılması üçün texniki komanda ilə koordinasiya;
  • Tender proseslərində iştirak: texniki tapşırıqların öyrənilməsi, sənədlərin hazırlanmasında və təkliflərin formalaşdırılmasında dəstək;
  • Satış fəaliyyəti üzrə hesabatların hazırlanması, CRM sistemində məlumatların düzgün və vaxtında qeydiyyatı;
  • Marketinq, layihə ofisi və texniki dəstək komandaları ilə gündəlik operativ əməkdaşlıq;
  • Satış planlarının icrasında, müəyyən edilmiş fərdi və komanda KPI-larının yerinə. 

Şəxsi keyfiyyətlər:

  • Diqqətli;
  • Məsuliyyətlilik və stressə davamlılıq;                                                                                             
  • Məqsədyönlülük;
  • Loyallıq və punktual olmalı;
  • Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
  • Tapşırıqları operativ icra etmə qabiliyyəti.

Əlavə məlumatlar:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00;
  • Korporativ nömrə və danışıq balansı;
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış üzrə kiçik mütəxəssis” sözünü qeyd edərək hr@caspel.com e-ünvanına göndərsinlər.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

Əlaqə