16.01.2026

Satış üzrə böyük mütəxəssis

Tələblər

  • Ali təhsil (İT, telekommunikasiya, biznesin idarə olunması, marketinq və ya iqtisadiyyat üzrə üstünlük verilir);
  • İT həlləri və xidmətlərinin satışında ən azı 4–5 il iş təcrübəsi (korporativ və ya B2B seqmentində);
  • İT məhsulları üzrə güclü texniki anlayış: server və şəbəkə infrastrukturu, bulud texnologiyaları, proqram təminatı, kiber­təhlükəsizlik həlləri;
  • Yüksək səviyyəli danışıqlar bacarığı və C-Level müştərilərlə görüşlərdə uğurlu təcrübə;
  • Kommersiya təkliflərinin hazırlanması, müqavilələrin bağlanması və tender sənədləri ilə işləmək bacarığı;
  • Strategiyaların hazırlanması, satış proseslərinin optimallaşdırılması və iri layihələrin idarə edilməsi üzrə təcrübə;
  • MS Office, CRM sistemləri və satış analitikası üzrə sərbəst işləmək bacarığı;
  • Yüksək səviyyəli təqdimat, ünsiyyət və komandada işləmək bacarıqları;
  • Müxtəlif layihələrdə paralel işləmək, prioritetləri düzgün müəyyən etmək və vaxtı effektiv idarə etmək qabiliyyəti;
  • Rus və ingilis dillərində sərbəst danışıqlar aparmaq və yazışma bacarığı üstünlükdür.

Öhdəliklər:

  • Tam satış prosesinin idarə olunması: ilkin əlaqə, ehtiyacların müəyyən edilməsi, təqdimat, kommersiya təklifinin hazırlanması, müqavilənin bağlanması və layihənin sonrakı dəstəklənməsi;
  • Yeni müştərilərin axtarışı və cəlb edilməsi – İT həlləri, məhsulları və xidmətləri üzrə bazarının genişləndirilməsi;
  • Böyük və strateji müştərilərlə danışıqların aparılması, C-Level rəhbərlərlə görüşlərin təşkili və idarə olunması;
  • İnteqrasiya layihələri, proqram təminatı, server və şəbəkə həllərinin təqdimatı və müştəriyə texniki üstünlüklərin izahı;
  • Müştəri tələblərinin təhlili, fərdi yanaşmaların hazırlanması və ən uyğun həllərin seçilməsi üçün texniki mütəxəssislərlə əməkdaşlıq;
  • Tender proseslərində iştirak – texniki tapşırıqla işləmək, təkliflərin hazırlanması və layihələrin müdafiəsi;
  • Şirkətin strateji satış planlarının hazırlanmasında iştirak, yeni bazar imkanlarının müəyyən edilməsi;
  • Əsas müştərilərlə uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
  • Şirkət daxilində marketinq, layihə ofisi və texniki dəstək komandaları ilə qarşılıqlı iş;
  • Satış göstəricilərinə, mənfəətə və bazar payına dair KPI-ların icrası.

Şəxsi keyfiyyətlər:

  • Diqqətli;
  • Məsuliyyətlilik və stressə davamlılıq;                                                                                             
  • Məqsədyönlülük;
  • Loyallıq və punktual olmalı;
  • Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
  • Tapşırıqları operativ icra etmə qabiliyyəti. 

Əlavə məlumatlar:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00;
  • Korporativ nömrə və danışıq balansı;
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış üzrə böyük mütəxəssis” sözünü qeyd edərək hr@caspel.com e-ünvanına göndərsinlər.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

Əlaqə