WMS (Warehouse Management System) – “Anbarların idarə edilməsi” modulu anbarda olan bütün malların mədaxili, məxarici, alınan malın geri qaytarılması, silinməsi, anbarlar arası hərəkəti, malların hərəkət tarixi, malların birləşdirilməsi, malların inven-tarizasiyasına görə bazada saxlanılması və bu sahədə nəzərdə tutulmuş digər əməliyyatların yerinə yetirilməsini təmin etmək üçün nəzərdə tutulub.WMS anbar daxilində şəffaflıq yaradır, işçi resurslarından daha düzgün istifadə etməyə, səhvləri azaltmağa və xidmət səviyyəsini yüksəltməyə kömək edir.
Əsas funksiyaları:
- Malların qəbul prosesinin avtomatlaşdırılması
- Anbar daxilində optimal yerləşdirmə və yönləndirmə
- Real vaxtda inventar səviyyəsinin izlənməsi
- Sifarişlərə uyğun məhsulların effektiv yığılması
- İşçi performansının izlənməsi və təhlili
- Müxtəlif hesabatların və analitik məlumatların əldə olunması
- ERP və digər biznes sistemləri ilə inteqrasiya imkanı
Əsas modullar:
Qəbul modulu
- Gələn məhsulların yoxlanması və sistemə daxil edilməsi
- Qəbulla bağlı sənədlərin skan olunması və arxivləşdirilməsi
Yerləşdirmə modulu
- Məhsulların optimal yerlərə yerləşdirilməsi
- Boş sahələrin idarə olunması
İnventar idarəetməsi
- Real vaxt rejimində stokların izlənməsi
- Sayım əməliyyatları və stokların uyğunluğunun yoxlanması
- FIFO / LIFO metodlarının dəstəklənməsi
Əməkdaşların idarə olunması
- İşçilərin fəaliyyətinin izlənməsi
- Performans və məhsuldarlıq hesabatları
Hesabat və Analitika
- Anbar performansı və dövriyyə üzrə ətraflı hesabatlar
- Qərarverməni dəstəkləyən vizual analitikalar
ERP və digər sistemlərlə inteqrasiya
- Mühasibat, satış, satınalma və nəqliyyat sistemləri ilə sinxronizasiya
- API və ya digər texnologiyalarla məlumat mübadiləsi