CRM (Customer Relationship Management System) – şirkətlərin müştəri ilə olan münasibətlərini mərkəzləşdirilmiş şəkildə idarə etməsinə imkan verən proqram təminatıdır. Bu sistem müştəri məlumatlarının toplanması, əlaqələrin izlənməsi, satış proseslərinin optimallaşdırılması və xidmət keyfiyyətinin artırılması üçün istifadə olunur.
CRM sistemi satış komandalarının effektivliyini artırır, müştəri məmnuniyyətini yüksəldir və marketinq strategiyalarının daha dəqiq qurulmasına kömək edir.
Əsas funksiyaları:
- Müştəri məlumatlarının vahid bazada saxlanılması
- Əlaqə tarixçəsinin və qarşılıqlı fəaliyyətin izlənməsi
- Satış boru xəttinin (pipeline) və mərhələlərinin idarə olunması
- Tapşırıq və görüşlərin planlaşdırılması
- Avtomatlaşdırılmış bildirişlər və xatırlatmalar
- Satış, marketinq və xidmət göstəriciləri üzrə hesabatlar
Əsas modullar:
Müştəri məlumat bazası və profillər
- Fiziki və hüquqi şəxslər üzrə tam məlumatların toplanması və idarə olunması
- Əlaqə nöqtələri, sosial media, sənədlər və digər məlumatların profilə əlavə olunması
Əlaqə tarixçəsi və fəaliyyət izləmə
- Zənglər, e-maillər, görüşlər və digər qarşılıqlı əlaqələrin qeydiyyatı
- Müştəri ilə olan bütün keçmiş əlaqələrin xronoloji ardıcıllıqla saxlanması
Satış boru xətti və mərhələlər
- Satış imkanlarının mərhələlər üzrə idarə olunması (məsələn: ilkin əlaqə, təqdimat, razılaşma və s.)
- Hər mərhələdə status və ehtimal göstəricilərinin izlənməsi
Tapşırıqlar və təqvim
- Satış və xidmət komandası üçün gündəlik tapşırıqların təyin olunması
- Görüş və zənglərin təqvimlə sinxronlaşdırılması və bildirişlərin göndərilməsi
Avtomatlaşdırılmış proseslər və bildirişlər
- Müəyyən hadisələrə əsasən avtomatik e-poçt, SMS və ya daxili xəbərdarlıqların göndərilməsi
- Satış ssenarilərinin avtomatik işə düşməsi (məsələn: maraqlandıqdan 3 gün sonra təklif göndərilməsi)
Hesabat və analitika
- Satış həcmi, çevrilmə nisbəti, əməkdaş məhsuldarlığı və digər göstəricilər üzrə hesabatlar
- Fəaliyyətlərin və nəticələrin vizual şəkildə təhlili üçün qrafik və cədvəllər