Əsas məlumat
Əsas Vəsaitlərin İdarəetmə Sistemi

FAM (Fixed Asset Management System) – şirkətin maddi aktivlərini uçotda saxlamaq və texniki xidmət proseslərini sistemləşdirmək üçün nəzərdə tutulmuş güclü platformadır. Bu sistem əsas vəsaitlərin tam inventarizasiyasını aparmağa, onların amortizasiya hesablamalarını izləməyə və servis tarixçəsini idarə etməyə imkan verir.

Əsas vəsaitlərin vahid sistemdə idarə olunması həm maliyyə nəzarətini gücləndirir, həm də fiziki aktivlərin istifadəsini optimallaşdırır.

Əsas funksiyaları:

  • Əsas vəsaitlərin uçotu və qeydiyyatı
  • Aktivlərin yerləşmə, status və sahibi üzrə izlənməsi
  • Amortizasiya hesablamalarının avtomatlaşdırılması
  • Texniki xidmət və təmir proseslərinin idarə olunması
  • Aktivlərin yerdəyişməsi və silinməsi üzrə prosedurlar
  • Hesabatların və inventarizasiyanın aparılması

Əsas modullar:

Əsas vəsaitlərin qeydiyyatı və inventarizasiyası

  • Aktivlərin növ, dəyər, yerləşmə və digər parametrlərlə sistemə daxil edilməsi.
  • Varlıq nömrələnməsi, barkod və ya QR kod ilə identifikasiya imkanı.

Amortizasiya və dəyərsizləşmə hesablamaları

  • Müxtəlif amortizasiya metodlarının tətbiqi (düzxətli, azalan qalıq və s.)
  • Avtomatik aylıq/yıllıq amortizasiya cədvəllərinin hazırlanması.

Aktivlərin hərəkətləri və yerdəyişmə

  • Əsas vəsaitlərin bir bölmədən digərinə köçürülməsi və tarixi izləmə.
  • İstifadəçi və struktur bölmə üzrə aktivlərin təyinatı.

Texniki xidmət və təmir

  • Planlı və fövqəladə xidmət işlərinin planlaşdırılması və icrası.
  • Təmir xərclərinin və tarixçəsinin qeydiyyatı.

Silinmə və ləğv prosedurları

  • İstismardan çıxarılmış və ya yararsız aktivlərin silinməsi üçün prosedurlar.
  • Maliyyə və texniki əsaslandırmalarla sistemdən çıxarılma sənədləri.

İstifadəçi və məsuliyyət bölgüsü

  • Aktivlərin istifadəçilər üzrə təyinatı və məsul şəxslərin qeydiyyatı.
  • Hüquq və icazə səviyyələrinə görə nəzarət mexanizmi.

Hesabat və analiz

  • Aktivlərin ümumi dəyəri, amortizasiya səviyyəsi və yerləşmə üzrə hesabatlar.
  • İnventarizasiya, silinmə və texniki xidmət statistikalarının təqdim olunması.
Şəkillər
Təlimat

Ölçü: 3.74 KB

Format: PNG

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

Əlaqə