“AMMİS” (Avtomatlaşdırılmış Maliyy İnformasiya Sistemi) proqram təminatı Sistemin yaradılmasının əsas məqsədi aidiyyatı üzrə bütün dövlət qurumlarından, bank və sığorta şirkətlərindən, həmçinin, internet və sosial şəbəkələrdən maliyyə idarəetməsi ilə bağlı müvafiq məlumatların toplanılması, vahid informasiya məkanında saxlanılması, strukturlaşdırılması, qarşılıqlı yoxlanılması və uyğunsuzluqların avtomatik emalı, analiz edilməsi, məlumatlara operativ əlçatarlığln təmin edilməsi və istənilən növ yekun hesabatların hazırlanmasının təmin edilməsi ilə maliyyə monitorinqinin həyata keçirilməsinin yüngülləşdirilməsi, operativliyinin artırılması, şəffaflığın təmin edilməsidir.
Sistem ən azı aşağıdakiları təmin etməlidir:
- Aidiyyəti üzrə qurumlardan müvafiq məlumatların əldə edilməsi
- Baş ofis və hesabat verən qurumların şəxsi kabinetlerinin olması
- Bütün məlumatların vahid informasiya məkanında toplanılması, strukturlaşdırılması və analizi
- Uyğunsuzluqlar , gecikmələr və s. ilə bağlı xəbərdarlıqların verilməsi
- Operativ axtarış
- İstənilən növ yekun hesabatların (həm qrafik, həm mətn, həm cədvəl şəklində) hazırlanması imkanı;
- Nağd və qeyri-nəğd pul vəsaitlərinin hərəkətinin monitorinqi;
İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ